Şəmkirdə bələdiyyə sədrinin qardaşı adam güllələdi

Şəmkir rayonunda qətl hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, rayon sakini, 1977-ci il təvəllüdlü Etibar Süleymanov həmyerlisi, 1992-ci il təvəllüdlü Hüseynov Elnur Salman oğlunu öldürüb. Belə ki, E. Süleymanov kustar üsulla hazırlanmış silahdan E. Hüseynovun başına bir dəfə atəş açıb və E. Hüseynov hadisə yerində dünyasını dəyişib.

Qətli törətməkdə şübhəli bilinən E. Süleymanov Şəmkir rayonu, Yenikənd bələdiyyəsinin xanım sədrinin qardaşıdır.

Bundan başqa. E. Süleymanov və qətlə yetirilən E. Hüseynov bacanaqdırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir