Rusiyanın inşaat naziri koronavirusa yoluxub

Rusiyanın inşaat və mənzil-kommunal təsərrüfatı naziri Vladimir Yakuşev və onun müavini Dmitri Volkov koronavirusa yoluxublar.

Millitribuna.az bildirir ki, bu barədə Nazirliyin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, nazirin digər müavini Nikita Stasişin inşaat və mənzil-kommunal təsərrüfatı nazirinin vəzifələrini müvəqqəti icra edəcək.

Qeyd edilir ki, V.Yakuşevin və D.Volkovun diaqnozları kompüter tomoqrafiyası ilə təsdiqlənib.(trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir