İlham Əliyev polşalı həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti cənab Andjey Dudaya təbrik məktubu ünvanlayıb.

Millitribuna.az xəbər verir ki, mətndə deyilir:

Hörmətli cənab Prezident,

Polşa Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən xoş arzularımı və səmimi təbriklərimi çatdırıram.

Ölkələrimiz arasındakı dostluq əlaqələrinin bugünkü səviyyəsi, qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi məmnunluq doğurur. İnanıram ki, strateji tərəfdaşlıq münasibətlərimiz xalqlarımızın rifahı naminə bundan sonra daha da dərinləşəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Polşa xalqına daim rifah arzulayıram.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir