“Off-White” 2020-ci ilin ən populyar markası seçildi

“Lyst” axtarış sistemi “The Lyst Index”in yeni siyahısında 2020-ci ilin ilk rübünün ən populyar markalarının adını açıqlanıb.

Oxu.Az xəbər verir ki, reytinqə üçüncü dəfə “Off-White” brendi başçılıq edib.

Markanın uğuru ilk növbədə, pandemiya səbəbil ilə satışları artan dizayner maskaları ilə əlaqədardır.

Bundan əlavə, şirkət “Evian” ilə əməkdaşlıq nəticəsində “Jordan” brendi ilə birlikdə idman ayaqqabılarını satışa buraxıb.

Reytinqdə ikinci yeri “Balenciaga”, üçüncü isə ötən il 12-ci yerə çıxan “Nike” markası tutub. Belə gözlənilməz bir müvəffəqiyyət markanın Kobe Brayantın ölümündən sonra başladığı “Mamba Forever” kampaniyası ilə əlaqələndirilib.

İlk onluğa “Prada”, “Gucci” (keçən il 2-ci yer tutmuşdular), “Moncler”, “Fendi”, “Valentino”, “Saint Laurent” və “Versace” kimi markalar daxil olub.

İlk dəfə sevilən “Simon Port Jakmyus” markası da bu il təqdim edilən siyahıda yer alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir