Milli Məclis Kamran Əliyevin Baş prokuror vəzifəsinə təyin edilməsinə razılıq verib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

Millitribuna.az xəbər verir ki, məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Qanunvericiliyə görə, ölkə Prezidenti İlham Əliyev Milli Məclisin razılığından sonra Kamran Əliyevin təyinatı ilə bağlı sərəncam imzalayacaq.(report.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir