Kamran Əliyev Prezidentə təşəkkür etdi

“Mənə etimad göstərdiyinə görə möhtərəm Prezidentimiz İlham Əliyevə təşəkkürümü bildirirəm. Bundan sonra da Azərbaycan prokurorluğu göstərilən etimadı doğruldacaq”.

Millitribuna.az xəbər verir ki, Milli Məclis tərəfindən ölkənin Baş prokuroru vəzifəsinə təyin edilməsinə razılıq verilmiş Kamran Əliyev parlamentin bu gün keçirilən iclasında deyib.

K.Əliyev bildirib ki, Azərbaycan müstəqillik illərində çətin və şərəfli yol keçib: “Cənab Prezidentin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizdə sabitlik bərpa edilib. Hazırda ölkəmizdə sosial və iqtisadi çağırışları hədəfləyən islahatlar aparılır. İslahatlar Azərbaycan Respublikası prokurorluğunu da əhatə edir. Hazırda davam etdirilən islahatlar Azərbaycan prokurorluğu qarşısında mühüm və ümdə məsələlər qoyur”. (azvision.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir