İsraildə koronavirusa yoluxanların sayı 16 mini ötdü

İsraildə koronavirusa yoluxanların sayı 16 004 nəfərə çatıb.

Millitribuna.az xəbər verir ki, məlumatı İsrail Səhiyyə Nazirliyi yayıb.

Son sutkada ölkədə 134 yeni yoluxma, 4 ölüm hadisəsi qeydə alınıb. Koronavirusdan ölənlərin ümumi sayı 223-ə çatıb, indiyədək 8 758 pasiyent sağalıb.

Məlumata görə, son günlər ağır xəstələrin sayında azalma müşahidə edilir.

İsraildə aprelin 29-dan etibarən karantin rejimi yumşaldılıb. Yaşayış yerindən 500 metr aralı məsafədə idmanla məşğul olmağa icazə verilib.

Hələlik çimərliyə getmək qadağası qüvvədədir. Ancaq onun da tezliklə aradan qaldırılacağı gözlənilir. Bəzi ictimai iaşə müəssisələrinin fəaliyyəti bərpa olunub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 308 000-i ötüb. Bunların 1 042 981 nəfəri sağalıb, 234 123 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir