İrəvandakı 12 laboratoriyada nə hazırlanır? – Muxin

“Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, postsovet məkanında Amerikanın 65 məxfi biolaboratoriyası var. Bunların 15-i Ukraynada, 12-i Ermənistanda, 15-i Gürcüstanda, 4-ü Qazaxıstandadır”.

Axar.az xəbər verir ki, bunu “EA Deyli”yə açıqlamasında Siyasi İnformasiya Mərkəzinin baş direktoru Aleksey Muxin deyib.

“Məqsəd SSRİ ərazisində məskunlaşan xalqlara qarşı bioloji silahın yaradılmasıdır. Bu obyektlərlə koronavirusa yoluxma arasında əlaqə müəyyən edilməyib.

Digər tərəfdən ABŞ dünya ictimaiyyətini əmin etməyə cəhd edir ki, virus laboratoriyada hazırlanmayıb. Məncə, mütəxəssislər tezliklə bunu müəyyən edəcəklər. Düşmən olaraq müəyyən edilən ölkələrə fərqli səviyyələrdə zərbə vurmaq günümüzün reallığıdır. Ona görə də keçmiş SSRİ respublikaları ərzisində yerləşən ABŞ, Britaniya və digər ölkələrin biolaboratoriyalarına xüsusi diqqət yetirilməlidir”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir