“Həkimin səhv əməliyyatına görə səsim batdı” – Elnarə

“Toy məclislərindən birində xəstə ola-ola oxudum. Səs tellərimin üstündə polib yaranıb. Dedilər, filan həkim əməliyyat edir, yaxşıdır. İndi həkim həkim yadıma düşəndə əsəbiləşirəm. O həkim qarşıma çıxsa, öldürərəm onu”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva “7 canlı” verilişində deyib. Xanəndə səsi ilə bağlı başına gələn hadisəni danışıb. Abdullayeva həkim səhvinə görə səsini itirdiyini etiraf edib:

“Bu hadisə 2000-ci ildə olub. Getdim, guya səs telimi əməliyyat etdi. Adı Elman idi. Bir neçə gün geçdi, düzəlmədim. Elə günə qaldım ki, səsim batdı, lal kimi oldum. Kimisə çağırmaq üçün əl çalmalıydım. Səsim çıxmırdı.

Sonra başqa həkim tapdım, bir az səsimi yerinə qaytardı. Amma oxuya bilmirdim, oxumaq istəyəndə, boğazımdan qan gəlirdi. Üç il bundan əvvələ qədər mənim səs telimdə bu problem var idi. Canlı belə oxuya bilmirdim”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir