Dünyanı idərə edəcək yeni rəqəmsal pul gəlir – “İmfcoin”

Bir neçə il sonra bütün dünya BVF-nin rəqəmsal pullarından istifadə edəcəkmi? Dollara bağlı olan rəqəmsal bir puldan istifadə olunsa, ABŞ-ın heç borcu qalarmı?.

Ergün Diler

“Takvim” qəzeti, Türkiyə, 30 aprel 2020-ci il

Vuhanda koronavirus ortaya çıxan kimi iqtisadiyyata olan ilk təsirlərini gördük. Şirkətlər ya bağlandılar, ya da Çini tərk etdilər.

Son 3 aya nəzər saldıqda dünyanın yeni bir sistemə doğru ilk addımı atdığını görə bilərik. Buna görə də, koronavirus laboratoriyada istehsal edilib. Bunun əksini iddia edənlərə cavab vermək lazım deyil. Hər il 600 min insan qripdən, 10 milyon insan xərçəngdən, 18 milyon insan infarktdan, 1,5 milyon insan isə yol qəzalarında həyatını itirir. Onda gərək yol qəzalarına maşınlara da minməyək, elə deyilmi? Halbuki, hər il milyonlarla maşın istehsal olunur.

Koronavirus, yəni Covid-19 Çinin Vuhan şəhərində ortaya çıxdı və ölümlər başlandı. Əgər dünya mediası bu qorxunu böyüdüb “bu virus çox təhlükəlidir” manşetlərini hazırlamasaydılar, Covid-19-dan ölənlərin hamısının qripdən öldüyü yazılacaqdı. Digər bir çox qrip virusu kimi, Covid-19 da laboratoriyada istehsal edilib və yeni bir dünya üçün böyüdülüb.

Şirkətlər çökdü, milyonlarla insan işsiz qaldı. Bir çox ölkə iqtisadiyyatları tənəzzülə uğramağa davam edir. Hətta bu vəziyyəti 1929-cu il böhranı ilə müqayisə edənlər də var. Bəli, 1929-cu il böhranından sonra yeni bir dünya yarandı. O vaxt ABŞ bir qərar qəbul etmişdi. Ölkəni qızıl üzərində böyüdəcəkdilər. Bu səbəbdən, tezliklə qızıl toplamağa başladılar. Bu şəkildə Amerika dövləti, demək olar ki, heç bir xalqa qızıl vermədi. İnsanların qızıl alması da qadağan edilmişdi. Qızıl mədənləri də Amerika dövləti üçün işləməyə başlamışdı. Külli miqdarda qızıl topladıqdan sonra ehtiyatları, demək olar ki, 10 dəfə yüksəldi. Bəs buna kim qərar vermişdi? Təbii ki, Amerika dövləti.

1933-cü ildə də ABŞ prezidenti Ruzvelt qızılın dəyərini yüksəltdiyini açıqlamışdı. Həmin illərdə ABŞ Prezidenti bütün əmtəə qiymətlərinin dəyərini təyin edirdi. 1935-ci ildə “Morgan Stanley” yaradıldı. 1939-cu ildə Rokfeller Mərkəzi, 1944-cü ildə BVF və 1947-ci ildə MKİ təsis edildi. MKİ-nin təməlini qoyan şəxs 1933-1945-ci illərdə ABŞ Prezidenti olmuş Ruzvelt idi.

ABŞ-ın super güc olaraq böyüməsi üçün 4 əsas amil vacib idi.

“Morgan Stanley” pulu idarə edəcək, Rokfeller Mərkəzi iş adamlarını eyni cərgəyə düzəcək, BVF ABŞ-dan kənardakı ölkələri Vaşinqtondan asılı vəziyyətə gətirəcək və MKİ-də bütün dünyada kəşfiyyat işləri ilə məşğul olacaqdı. Amerika Mərkəzi Bankı 1913-cü ildə qurulmuşdu, lakin heç bir gücü yox idi. Bu 4 böyük güc yaranan kimi FED də zaman keçdikcə sarsılmaz bir nəhəngə çevrildi.

İndi də yeni bir dünya qurulur. Yenidən 1969-cu ilə qayıtmaq lazımdır. 1969-cu ildə Beynəlxalq Pul Fondu (SDR) adlı bir beynəlxalq ehtiyat valyuta bazası yaratmışdı. Məqsəd mərkəzi bankları idarə etmək idi. SDR illərdir mərkəzi banklar arasında istifadə olunan bir valyutadır. Amerika dolları, sterlinq, avro, yuan və yen kimi valyutalarla birlikdə toplanır və dəyəri müəyyən edilir.

Lakin BVF prezidenti Kristin Laqardın böyük layihəsi artıq həyata keçirilir. Dünyanın ən güclü valyutası olacağı gözlənilən “imfcoin”, yəni ən güclü rəqəmsal valyuta layihəsinə start verilib. Təxminən 3 il əvvəl Laqard: “imfcoin”in həyata keçməsi üçün bir geosiyasi hadisə lazımdır”, demişdi. Bəlkə də, elə koronavirusu nəzərdə tuturdu.

Rəqəmsal pul olan SDR, yəni “imfcoin” dollara indekslənəcək. Dolların dəyərini də Dərin Amerika təyin edəcəyi üçün, əslində, “imfcoin” Amerikanın dərin planıdır. “imfcoin” bazarda ciddi şəkildə istifadə olunmağa başladıqdan 5 il sonra bütün ölkə valyutalarının axırına çıxacaq. “İmfcoin” dünyada yeganə pul vahidinə çevriləcək. “imfcoin” BVF-nin keçmiş prezidenti Kristin Laqard 2017-ci ildə İngiltərə Mərkəzi Bankının bir forumunda yeni dünyaya valyutasının “imfcoin” olacağını deyib.

Əslində, Çin də rəqəmsal pula üstünlük verirdi. Ancaq səhv etdiyi bir məqam var idi. Çin dolların gücünü bitirən bir rəqəmsal valyuta arzulayırdı. Yəni Bitkoin kimi. Lakin “imfcoin”in arxasında yenə də dollar olacaq.

1988-ci ildə bütün dünya məşhur “The Economist”in Bitkoin örtüyündən danışarkən, əslində dünyanın əsl rəqəmsal pul vahidi olan SDR (imfcoin) 1969-cu ildə həyata keçmişdi. Dərin Amerika “The Economist”dən ən az 20 il qabaqda idi. Dərin Amerika 1929-cu il böhranından sonra yaradılmış bir komitə idi. Həmin illərdə Ağ Evin arxasındakı bir qüvvə kimi başladığı roluna, bu gün həmin qırmızı kitaba sadiq qalaraq davam edir. Bunu heç kim dəyişə bilməz. Görəsən, masada kimlər var? Bəlkə, bir gün xəbərimiz olar.

Bu Komitə ABŞ-ı yeganə gücə çevirmək üçün addımlar atır

Trampın buradakı rolu Ağ Evin sözçüsü olmaqdır. Tramp ciddi şəkildə Dərin Amerikaya qarşı mübarizə aparmaq barədə ciddi düşünürdü. Bəlkə də, Dərin Amerikaya qarşı mübarizə aparacaq ən böyük qüvvə elə Tramp idi. Ancaq bu qədər cəsarətli olmağına baxmayaraq, Trampın qalmaqalları, gizli və çirkin bir keçmişi vardı. Bu günə qədər ortaya çıxan şeylər Trampın gizli həyatının yalnız 5%-idir. Tramp da bunu bilir.

Dərin Amerika Trampın yerinə namizəd tapa bilmədi. Əslində, tapmaq da istəmədi. Çünki Trampın cəsarəti və aqressiv münasibəti Amerika xalqının müəyyən bir hissəsinə vacib cavab verirdi. Həm Klinton, həm Buş, həm də Obamanın sadə bir xarakteri vardır. Tramp isə belə deyil.

İndi isə Bayden ciddi bir namizəddir. Co Bayden Dərin Amerikanın bütün planlarını poza biləcək bir şəxsdir. Obama dövründə vitse-prezident olarkən bir çox qanunun qəbul edilməsinə mane oldu. Obama Dərin Amerikanı sevmirdi, lakin onlara etiraz da edə bilmədi. O, sadəcə olaraq 8 ili başa vurub təqaüdə çıxmaq istəyirdi. Lakin indi o, da narahatdır. Çünki bir çox insan necə bir nizamın qurulacağını bilmir, heç təxmin də edə bilmir. İndi görünən bir çox ölkələr BVF-dən və ya Dərim Amerikadan borc almaq üçün sıraya düzülüblər.

Görək pul üzərində qurulan münasibətlər koronadan sonra “imfcoin”ə doğru çevriləcəkmi? Bir neçə il sonra bütün dünya BVF-nin rəqəmsal pullarından istifadə edəcəkmi? Dollara bağlı olan rəqəmsal bir puldan istifadə olunsa, ABŞ-ın heç borcu qalarmı?

Məncə, borcu qalmaz və hətta, hamını özündən asılı vəziyyətə salar.(pia.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir