Deputat icra başçılarını tənqid etdi

 

“Bir rayonun icra başçısı həbs olunur, amma digərləri yenə qanunsuz işlərini davam etdirirlər”.

Millitribuna.az oxu.az-a istinadən bildirir ki, bunu Milli Məclisin iclasında Hesablama Palatasının hesabatının müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, bir neçə rayonun icra başçısı həbs olunsa da, digərləri hələ də rüşvət almağa davam edir.

“Onların daxilində belə əminlik var ki, məsuliyyətdən yayınacaqlar”, – deyə Q.Həsənquliyev əlavə edib.

Deputat Hesablama Palatasının sədri Vüqar Gülməmmədova təklif verib:

“Hesablama Palatası auditlər keçirir və qurumlarda olan boşluqlardan sui-istifadə hallarını aşkarlayır. Yaxşı olar ki, bununla bağlı təkliflər hazırlayıb Milli Məclisə təqdim edəsiniz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir