Daşkəsəndə avtomobil dərəyə aşıb, ölən var

Daşkəsən rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Çovdar kənd yolunda qeydə alınıb.

Belə ki, idarəetmədən çıxaraq dərəyə aşan “UAZ” markalı avtomobilin sürücüsü hadisə yerində öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir