“Şou-biznesdə muğam bilməyən köstəbəklər var” – Elza

“Deyirlər, şou-biznesdə səmimiyyət yoxdur. Elə o sözü deyənlər bu aləmə səmimiyyətsizlik gətirdilər. Durub, camaat dərs keçirlər. Bir də koronavirus yayılandan kişilərin öpüşməsini tənqid edirlər. Bəzi müğənniləri cüt-cüt qucaqlarına alıb, öpürdülər. İndi onlar deyirlər ki, şou-biznesdə kişilər bir-birini öpürdü”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Söhbət var” verilişində deyib. Başına antena formasında aksessuar taxıb proqrama çələn müğənni özünü tərifləyir:

“Quyuya su tökməklə quyu dolmur. Bəzilərinə not öyrətmişəm. İndi bəzisinə notdan dərs keçsəm, allergiya olarlar. Onlar başlarına antena taxmalıdırlar ki, içlərindəki virusu təmizləsinlər. Koronavirus deyir ki, mən sağaldım, siz də sağalın çıxım gedim.

Şou-biznesin bəzi naxələf adamları, yeyib-itirənləri, “net-da” bilməyib, efirdə rus dilində danışanları çoxdur. Günlərlə dişlərini yumayanlar brenddən danışırlar. Muğam bilməyənlər, köstəbəklər çoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir