Riad Rəfiyev: “Futbolçulardan koronavirus testi götürülsə, pis olmaz”

“Bu məsələ klublarla müzakirə olunmayıb. Sualı PFL-ə versəniz, daha yaxşı olar”.

Bu fikirləri “Report”a açıqlamasında AFFA Klublar Komitəsinin sədri Riad Rəfiyev futbolçuların Premyer Liqanın startı ərəfəsində koronavirus testindən keçirilib-keçirilməyəcəyi barədə suala cavab verərkən deyib.

O bildirib ki, insanların sağlamlığı və təhlükəsizliyi baxımından oyunçulardan analiz götürülsə, pis olmaz.

Qeyd edək ki, Peşəkar Futbol Liqası mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Klublar Komitəsi isə mayın 4-dən etibarən komandaların 3 həftəlik təlim-məşq toplanışına başlaya biləcəyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir