Nazir müavini: “Dərs ili uzadılmayacaq”

“Şagirdlərə dərs proqramı bu və ya digər formada çatdırılırsa, dərs ilinin uzadılmasına ehtiyac yoxdur. Yəqin ki, tədris ili vaxtında başa çatacaq”.

Millitribuna.az azvision.az-a istiandən xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, proqramlar onlayn şəkildə şagirdlərə çatdırılır: “Teledərslərlə şagirdlərin proqramda olan boşluqlarını aradan qaldırmaqla tədris ilini vaxtında yekunlaşdıracağıq. Şagirdlərin evdə işləyib-işləmədiyini bilmirik. Burada məsuliyyət valideynin üzərinə düşür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir