Hansı hallarda vətəndaşın əmlakı məcburi şəkildə əlindən alına bilər?

Qanunvericilikdə əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir. Lakin bəzi istisna hallar mövcuddur.

Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Qanunvericilikdə əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir. Lakin bəzi istisna hallar mövcuddur.

Millitribuna.az e-huquq.az-a istinadən bildirir ki, aşağıdakı istisna hallarda vətəndaşın daşınar və ya daşınmaz əmlakı məcburi şəkildə əlindən alına bilər:

– Öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi;

– Qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi;

– Sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi;

– Təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması;

– Rekvizisiya;

– Müsadirə.

Dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada fiziki və hüquqi şəxslərin mülkiyyətinə özgəninkiləşdirilir. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə əsasən həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir