Ermənistan parlamentinin vitse-spikeri bloqerə kəllə vurdu

 

Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan aprelin 29-u müxalifət yönümlü bloqer Artur Danielyanla əlbəyaxa olmasını etiraf edib.

Militribuna.az virtualaz.org-a istinadən xəbər verir ki, A.Simonyan küçədə gəzərkən Danielyana salam verib, lakin ünvanına ağır təhqirlər eşidib.

Buna dözməyən vitse-spiker bloqerə “kəllə” vurub.

Nəticədə hər ikisi həkimlərə müraciət etməli olub.

“Öz ünvanıma təhqir eşitdikdə mən Danielyanın yaxasından tutaraq başımla onun burnuna güclü zərbə vurdum. O, orada tək deyildi. Onun yanında daha iki nəfər var idi. Onlar da mənə bir neçə zərbə vurdular”, – deyə Simonyan əlavə edib.

Yerli hüquq-mühafizə orqanları hələ ki bu barədə açıqlama verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir