Barmaq şıqqıldatmaq zərərlidir?

Gündəlik həyatda tez-tez rastlaşdığımız hərəkətlərdən biri barmaq şıqqıldatmaqdır.

Millitribuna.az xəbər verir ki, bu hərəkət çox insan tərəfindən zərərli olduğu düşünülsə də əslində yanlış düşüncə olduğu ortaya çıxıb. Barmaq şıqqıldatmağın zərərli olub-olmadığı haqqında aparılan araşdırmada məlum olub ki, burada ciddi bir təhlükə yoxdur. Bu artritə və ya digər oynaq xəstəliklərə səbəb olmur. Bir amerikalı həkim öz üzərində xüsusi eksperiment aparıb – o, illər ərzində yalnız bir əlin barmaqlarını şıqqıldadırdı və belə nəticəyə gəldi ki, hər 2 əlin oynaqlarında hər hansı xəstəlik əmlə gəlməyib.

Xalq arasında barmaq şıqqıldatmağın bir müddət sonra əllərdə əsməyə səbəb olacağı bildirilir. Bu da həqiqətə uyğun deyil.

Barmaq şıqqıldatmağın tək zərərli tərəfi əlin hissiyatını azaltmağıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir