Azərbaycanda dərs ili uzadılacaq? – Açıqlama

“Hər bir vətəndaş təhsil müəssisələrinin nə zaman açılması barədə dəqiq tarixin səsləndirilməsini istəyir. Amma indiki dövrdə təhsil müəsssisələrinin açılması barədə danışmaq tezdir”.

Millitribuna.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Yeni” TV-nin canlı yayımında bildirib.

Onun sözlərinə görə, şagirdlərə dərs proqramı bu və ya digər formada çatdırılırsa, dərs ilinin uzadılmasına ehtiyac yoxdur:

“Yəqin ki, tədris ili vaxtında başa çatacaq. Canlı olmasa da, proqramlar şagirdlərə çatdırılır. Mart ayında teledərslərə start verməklə dünyada ilklərdən olduq. Vaxtında teledərslərlə şagirdlərin proqramda olan boşluqlarını aradan qaldırmaqla tədris ilini vaxtında yekunlaşdıracağıq.

Şagirdlərin evdə dəsrlərlə məşğul olub-olmadığını bilmirik. Bu isə artıq valideynin məsuliyyətidir. Pandemiya yalnız Azərbaycan təhsilinə deyil, dünya təhsilinə mənfi təsir göstərib. Ölkəmizdə ümumtəhsil sahəsində 1 milyon 600 min şagird, 100 minə yaxın tələbə və təhsil işçiləri təhsildən kənarda qalıblar”. – deyə M. Vəliyeva bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir