Xalq artisti Afaq Bəşirqızının qalmaqallı çıxışından danışdı

“Bu ərəfələrdə insanlar daha da aqressivləşib. Onların üzündən təbəssüm yox olub. Problemlərlə üzləşsək də, gərək simamızdan təbəssümü əskik etməyək. Bu, hamımıza lazımdır”.

Millitribuna.az xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva sosial media hesabında açdığı canlı efirdə deyib.

Xalq artisti Afaq Bəşirqızının “Rayondan gəlib, “padyez”də şikəst uşaq doğanlar dövlətdən indi yardım istəyir” deməsi, ardınca isə ARB TV-də yayımlanan “Elgizlə izlə” verilişinin canlı efirində telefonda qeyri-etik ifadələr işlətməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Xalq artistini sosial media əhli tənqid etdi.

Baş verən qalmaqallı hadisəyə N.Allahverdiyeva belə münasibət bildirib:

“Bilirdim ki, Afaq xanıma dəstək olub, baş verənlər barədə fikirlərimi bölüşsəm, məni də tənqid edəcəklər. Bunları göz önünə aldım. Həmin olaylarla bağlı mövqeyimi “Instagram”da yazdım. Fikirlərimi izləyicilərimlə bölüşdüm. Bu, mənim borcumdur.

Afaq xanımın xasiyyətinə bələdəm. Çox mərd insandır. Açıq sözlüdür. Afaq xanım cəmiyyətdə baş verən problemləri dilə gətirib. Bunu isə hamı bacarmır. Ola bilsin ki, montaj olunub və ya söylədiyi düzgün başa düşülməyib. Biz yaradıcı insanlar Azərbaycan xalqını sevirik. Necə ola bilər ki, biz tamaşaçılarımızın əleyhinə danışaq? Bu ola bilməz!”.(oxu.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *