UEFA milli assosiasiyalara vaxt verdi

UEFA quruma üzv olan milli assosiasiyalar üçün təlimat hazırlayıb.

Millitribuna.az-ın məlumatına görə, sənəddə koronavirus pandemiyası üzündən dayandırılan daxili çempionatların bərpa olunması və başa çatdırılması ilə bağlı planın hazırlanması üçün son tarix əksini tapıb.

UEFA-nın prezidenti Aleksander Çeferin və baş katib Teodor Teodoridisin imzası ilə hazırlanan təlimatda bildirilir ki, assosiasiyalar plan hazırlamalıdır: “Milli assosiasiyalar və liqalar 2020-ci il mayın 25-dək UEFA-ya daxili yarışların bərpası, o cümlədən tarix və formatla bağlı planları barədə məlumat verməlidir”.

UEFA mövsümün ləğvi ilə bağlı veriləcək qərarları da quruma çatdırmağı və bunu əsaslandırmağı xahiş edib.

Öncədən assosiasiyalara plan tərtib etmək üçün verilən son tarixin mayın 27-si olduğu bildirilirdi. Həmin gün artıq UEFA-nın İcraiyyə Komitəsinin videokonfransı planlaşdırılıb.(fins.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *