«Türk məşhurları etdikləri yardımı çəkib göstərmirlər, ayıbdır»

Əməkdar artist Məlahət Abbasova imkansız ailələrə yardım edərkn görüntülərini paylaşanları tənqid edib.

Millitribuna.az axşam.az-a istinadən xəbər verir ki, Türkiyədə yaşayan aktrisa bu haqda İnstqramda canlı yayımda deyib. Bir ailəni himayəsinə alan Abbasova bildirib ki, onların adlarını açıqlamağı düzgün hesab etmir:

«Buranın mentaliteti fərqlidir. Burada yardımı demək ayıbdır. Türkiyəli məşhurlar nə qədər yardım edir: biri 100, biri 50, biri 500 min, biri 5 min ailəni himayəsinə alıb. Amma çəkib göstərmirlər, ayıbdır. Həmin insanların duası bəs edər. Bunu göstərmək doğru deyil.

Bir də indi kömək edib, sonra əlimi ailənin üstündən çəkim? Yardım edirsənsə, hər zaman et».

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *