Eynşteynin bu cümləsi 1,56 milyon dollara satılıb

Albert Eynşteynin 1922-ci ildə xoşbəxtlik haqqında yazdığı cümlə auksionda 1.56 milyon dollara satılıb.

Millitribuna.az xəbər verir ki, Albert Eynşteyn 1922-ci ildə Nobel mükafatına layiq görülən zaman Yaponiyada səfərdə olub və orada leksiya oxuyub. Bu ali mükafata layiq olduğu xəbərini də orada eşidib.

Eynşteyn yemək üçün qaldığı otağa yemək sifariş verir. Kuryer qaldığı otaqda ona yeməyi gətirəndə Eynşteynin üzərində ona bəxşiş (çayevoy) verməyə pulu olmur. Bunun əvəzində isə Eynşteyn kuryerə «Imperial Hotel Tokyo» otelinin loqotipi olan bloknotun bir vərəqində  alman dilində yazdığı bu cümləni ofisianta təqdim edir:

«Ciddi və sakit həyat daima narahatçılığa və uğura can atmaqdan daha böyük məmnunluq gətirir».

Eynşteyn bunu deməkdə niyyəti ondan ibarət olub ki, çoxdan gözlənilən bir məqsədə çatmaq xoşbəxtliyə zəmanət vermir.

Eynşteynin bir cümləlik əlyazmasını auksiona həmin kuryerin qardaşı oğlu təqdim edib. Eynşteynin xoşbəxt həyat barəsindəki bir cümləlik resepti 2017-ci ildə Yerusəlimdəki  «Vinners» auksionunda satışa çıxarılıb və 1.560.000 dollara satılıb.

Eynşteynin həmin dövrdə yazdığı digər bir yazı («Harada iradə varsa, orada bir çıxış yolu var») 240 min dollara satılıb. (ölkə.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *