Emin məkanını koronavirusa görə xəstəxanaya çevirəcək

Xalq artisti Emin Ağalarov Rusiyada sahibi olduğu «Crocus Expo»nu müvəqqəti xəstəxanaya çevirəcək.

Millitribuna.az xəbər verir ki, müğənni bu addımı hazırda dünyada yayılan koronavirus infeksiyasına görə atdığını bildirib.

Xəstəxanaya koronavirus infeksiyasına yoluxan xəstələr yerləşdiriləcək. Məkana 1500  çarpayı qoyulacaq.

Emin «Crocus Expo»nun xəstəxana qəbulu üçün nə vaxt hazır olacağı tarixi açıqlamayıb. O bildirib ki, məsələ bir neçə həftəyə həll olunacaq.(axsam.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *