«Azərbaycanda Əmtəə birjası yaradılmalıdır» — Müsahibə

Azərbaycanda iqtisadi proseslər sürətləndikcə və ölkəmiz dünya iqtisadiyyatı ilə daha sıx əlaqələndikcə, müasir və şəffaf ticarət üsullarına tələbat da yaranmaqdadır.

Son illər ölkədə kənd təsərrüfatına artan diqqət və bu sahədə istehsalın artması, aqrar biznesin yeni yeni sahələri əhatə etməsi kənd təsərrüfatı məhsullarının şəffaf şəkildə topdan satışı mexanizminin yaradılmasına ehtiyac yaradıb. Dünyada bu məqsədlə Əmtəə birjaları fəaliyyət göstərir. Artıq bəzi mütəxəssislər Azərbaycanda da belə birjanın yaradılmasını təklif edirlər.

FED.az xəbər verir ki, maliyyə və əmtəə birjaları üzrə mütəxəssis, «BTB Kapital» İnvestisiya şirkətinin rəhbəri Ruslan Cəfərov Azərbaycanda ilk Əmtəə Birjası layihəsinin yaradılması ilə bağlı rəsmi dövlət qurumlarına təklif edib. FED.az-a müsahibəsində R.Cəfərov təklifin detalarını açıqlayıb.

— Ruslan müəllim, təklif etdiyimiz Əmtəə Birja layihəsi haqqında məlumat və yardılmasında məqsəd nə idi?
— İlk öncə bu işə başlama səbəbimiz son zamanlar Dövlətimizin kənd təsərrüfatının inkişafı üçün ayırdığı xüsusi diqqət və dəstəyi nəticəsində Əmtəə birjasının qurulması üçün yaranmış zəmindir.

Əmtəə birjasını yaratmaqda məqsəd bazar iştirakçıları üçün ədalətli qiymətlərlə ticarəti təmin etmək üçün tam təminatlı, şəffaf, birgə bazar bazası və Azərbaycan əmtəə bazar əsaslarını əhatə edən bir sistem yaratmaqdır. Bu sistem vasitəsi ilə təssərüfat işçilərinin,sahibkarların ehtiyaclarını və gözləntilərini təmin etmək, ölkəmizin ticarət və iqtisadi həyatının inkişafına yardım etmək və fəaliyyətini davamlı şəkildə inkişaf etdirmək üçün keyfiyyətli xidmət göstərmək mümkün olacaqdır .

Bir digər məqsədimiz isə Əmtəə birjasının yaradacağı imkanlardan istifadə edərək beynəlxalq əlaqələri quraraq, xarici investor və müştərilərə yerli bazarlara giriş imkanını yaratmaq eləcədə yerli istehsalçı və fermerlərə beynəlxalq çıxış imkanlarının asanlaşdırmaqdır.

— Əmtəə Birjasının yaradılması bu birjanın iştirakçılarına və iqtisadiyyatımıza nə kimi fayda verə bilər?

— Əmtəə birjası ticarət maraqları olmayan tələb-təklif və ədalətli qiymət çərçivəsində ticarəti təşkil edən bir qurumdur. Bu birjanın yaranması bir sıra üstünlüklər yaradacaq. Bu üstünlüklərdən bəzilərini qeyd edə bilərik:

 Birja listinqinə əlavə edilmiş məhsulun keyfiyyətinə və miqdarına zəmanət

 Vaxtından əvvəl məhsulu alqı-satqı etmək imkanı

 Rəqabət ortamının geniş olması və məhsulu daha yüksək qiymətə satma imkanı

 Xarici investorların yerli əmtəə bazarlarına sərbəst girişinə və yerli şirkətlərin məhsullarının ixracına dəstək (Digər şirkətlərdən fərqli olaraq bu Birja və onun üzvləri vasitəsi ilə daha peşəkar və güvənli olur…beynəlxalq təcrübələrdə olduğu kimi)

 Ölkənin Əmtəə birja indexlərini yaratmaq olar, bu indexlər üzrə futures kontraktları eləcə də Əmtəə deravativ məhsullarının yaranmasına zəmin yaradaraq, investorların ixtayırına yeni investisiya alətləri vermək imkanı

 Yerli fermer və sahibkarın yaradılacaq platforma vasitəsi ilə əmtəə bazarlarını və orda baş verən hadisələri rahat şəkildə izləmə imkanı

 Digər Əmtəə birjalar ilə qurulacaq əlaqələr və onların yerli sahibkarlara yaradacağı əlavə üstünlüklər (məhsulların fiziki çatdırılması,hedc əməliyyatları və.s.)

— Birjada hansı məhsullar və alətlər alınıb satıla bilər?

— Əmtəə malları üzrə birjaya daxil ola biləcək məhsullar çox geniş bir sahəni əhatə edir amma biz ilk növbədə bu istiqamətdə ölkəmizdə daha çox ixtisaslaşmış (əkib-becərilməsi üzrə) kənd təsərüfat məhsullarının özünü,alt qruplarını və onun istehsalçılarının mallarını ticarətə cəlb etməyi təklif edirik. Bundan əlavə birja listinqində yaradılacaq xüsusi alt bölmələr üzrə istehsalı Azərbaycanda səciyyəvi olan mallarında satışını təşkil etmək olar (Xalçaçılıq və.s.)

Kənd təsərrüfatı mallarından əlavə metal məhsullarının da ticarəti əmtəə birjası vasitəsi təşkil edilsə, bu çox böyük rezonansa və marağa səbəb ola bilər. İlkin mərhələdə qızılın ticarətinin əmtəə birjasında təşkili bu məhsul üzrə kifayət qədər iştirakçılar və market meykerlər yaradacaqdır. Çünki bugün birjadan kənar belə qızılın alqı-satqısı üzrə dövriyyənin kifayət qədər olduğunu müşayət etmək mümkündür.

Birja ticarətinin iştirakçıları real malın (spot) alqı-satqısı və törəmə maliyyə alətləri olan fyuçers,forvard,opsion kontraktları üzrə əqdlər bağlaya biləcəklər.

— Keçək birjanın işləmə prinsipinə, Əmtəə birjasının işləmə mexanizmini necə görürsünüz?

— Bizim düşündüyümüz modul bir balaca geniş formada və fiziki təslimat üzərində hazırlanmış bir moduldur.Bu modelə uyğun olaraq işin təşkili bir-neçə mərhələdən ibarətdir.

1) İlkin Müraciət — Fermer və ya sahibkar məhsulunun əmtəə birjasının ticarət rejimləri üzrə satışa çıxarılması üçün müraciət edir;

2) Labaratoriya (uyğunluq sertifkatı) — Məhsulun keyfiyyətinin ölçülməsi prosesi və kateqoriyası üzrə sertifikatlaşdırılması aparılır ;

3) Anbar,saxlayıcı və ya şöbə nəzarəti — Sertifikatlaşdırılma prosesindən sonra məhsulun növü üzrə anbarlarda saxlamaya qəbul edilir və ya yerli əmtəə birja şöbələrinin nəzarəti altına keçir;

4) Listinq və Ticarət- Uyğunluq sertifikatı əsasında məhsulun növü üzrə birjanın ticarət listinqinə daxil edilərək və birja ticarət rejimləri üzrə ticarət təşkili edilir;

5) Reyestr və Klirinq xidməti — Bağlanmış əqd üzrə pul hesablaşmalarının və məhsul sahiblərinin qeydiyyatının aparılır;

6) Təhvil-Təslim — Müraciət əsasında anbardan təhvil verilir və ya fiziki çatdırılma edilir;

Amma buna baxmayaraq daha sadə modullar üzrə də birjanın işləyiş mexanizmini təşkil etmək üçün alternativ variantlarda hazırlamışıq.

— Birjanın işində hesablaşma, reystr xidməti və üzvlərlə bağlı məsələlər necə tənzimlənə bilər?

— Birja əqdlərinin bağlanıldığı zaman pul hesablaşmalarının aparılması üçün klirinq təşkilatını fərqli formatlarda yaratmaq mümkündü. Bu formatlar arasında, bir və ya bir neçə Bank tərəfindən birjaya klirinq xidmətinin göstərilməsi, Əmtəə birjasının tərkibində klirinq təşkilatı yaradılaraq Mərkəzi Bankın sisteminə qoşularaq bu xidmətin göstərilməsi və ya Bakı Fond Birjasında bağlanmış əqdlər üzrə istifadə edilən klirinq hesablaşması formatı da mövcuddur.Bağlanılmış əqdlər üzrə pul hesablaşmaları məhsulun növünə uyğun olaraq bir neçə rejimdə (T+1; T+2; T+ razılaşma və.s). aparılması mümkün olacaq

Bağlanmış əqdlər üzrə isə reyestr xidməti Əmtəə birjası tərəfindən və ya bu xidməti göstərən digər bir təşkilat tərəfindən aparılacaq.

Birjanın üzvləri xüsusi icazəyə malik brokerlər (İnvestisiya Şirkətləri də ola bilər),market meykerlər, individual və instisuonal üzvlər ola biləcək. (Əlavə məlumat üçün bildirim ki, İzmir Ticarət borsasında üzvlərin sayı artıq 250 nəfərdən çoxdur).

— Ruslan müəllim, belə başa düşdüm ki, Əmtəə Birjası kommersiya qaydaları ilə işləyəcək, onun kommensiyə gəlirləri necə formalaşacaq?

— Bİrjanın gəlirlərinin formalaşdırılması əsasən bir neçə istiqamət üzrə nəzərdə tutulub. Bunlar ticarət,üzvlük haqqı, listinqə qəbul, anbarda saxlanma və labaratoriya,daşınma və reyestr xidmətləri komissiyasından ibarət ola bilər. Yəni bir sözlə bu qurumu yaratdıqdan sonra gəlir istiqamətlərini daha da artırmaq mümkün olacaq.

— Birjanın təsisəiləri kim ola bilər? İstənilən şəxs, yoxsa, yalnız maraqlı tərəflər?

— AR Əmtəə birjası haqqında qanuna əsasən dövlət qurumları eləcə də instisional investorlar olan Bank,Sığorta və kredit təşkilatları bu qrumun təsisçisi ola bilməzlər. Layihə iri bir layihə olduğu üçün burda əlaqəli Dövlət qrumlarının,iri istehsalat müəssisələrinin,Bankların,İnvestisiya Şirkətlərinin təsisçilik formasında dəstəyi mütləqdir. Bir sözlə bizim düşündüyümüz bu təşkilatın təsisçilik modelində iri istehsalat müəssisələrinin,Bankların,İnvestisiya Şirkətlərinin təsisçiliyi daha fayda verici ola bilər. Ümumiyyətlə bu işə töhvə verərək, gələcəkdə Əmtəə birjasının yaratdığı imkanlardan istifadə edərək fayda götürə biləcək Dövlət və iri özəl müəssisələr yetəri qədər çoxdur. Bu siyahıdan biz aşağdakıları misal çəkə bilərik:

• Kənd Təsərrüfatı Nazirliyi

• Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyi

• Ərzaq Məhsullarının Tədarükü və Təchizatı ASC

• Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO)

• Dövlət Aqrar Ticarət Şirkəti (KTN tabeliyi)

• Meyvə və Tərəvəz məhsullarının İstehsalçıları və İxracatçıları Assosiasiyaları

• Kənd təsərrüfatı və Metal mallarının iri alıcı və satıcıları (MKT İstehsalat,Azersun,Detal Holdinq və.s)

• Bu işlə bağlı ola biləcək digər özəl sektor şirkətləri (Aqroparklar,ABAD)

• Loqistikayla bağlı dövlət və özəl qurumları

— Əmtəə birjalarının işi ilə bağlı beynəlxalq praktika necədir — xüsusilə də bizim regiondakı və bizə oxşar ölkələrdə?

— Dünyada, Əmtəə birjası mövcud olan və əməliyyat dövriyyəsinə görə fərqlənən əsasən İtaliya,İngiltərə,Çin,Almaniya və digər dövlətlərdir. Bundan əlavə bizə qonşu və yaxın olan dövlətlərdən isə Əmtəə birjası Türkiyə,Rusiya, Belarusiya və Özbəkistanda mövcuddur.

 Türkiyənin əmtəə birjası (filialları) bir neçə bölgəsində mövcuddur.Bunlar əsasən İzmir,Konya, Çanakkale Ticarət Borsalarıdır. Bu birjalarda ticarət olunan məhsullar əsasən taxıl, pambıq və üzümdür.

 Belarusiyada “Belarusian Universal Commodity Exchange” birjası mövcuddur və əsasən metal, taxta, kənd təsərrüfatı məhsulları və sənaye və istehlak malları ticarət olunur.

 Özbəkistanda “Uzbek Commodity Exchange” birjası mövcuddur və əsasən pambıq lif, qara və digər metal növləri, neft məhsulları, maye qaz, polietilen, şəkər və buğda unu ticarət olunur.

 Rusiyada Sankt-Peterburq Beynəlxalq Ticarət Birjası mövcuddur və əsasən neft,qaz məhsulları və metallar ticarət olunur.

— Ruslan müəllim, Əmtəə birjasının Maliyyə bazarlarına və digər şirkətlərə yaradacağı üstünlüklər nədən ibarətdir?

Əmtəə birjasının yaranması maliyyə sektoru üçün də bir sıra yeni gəlir mənbəyləri yaradacaq.Bunlardan başlıcası saxlanması uzun müddətli olan məhsul girov predmeti olaraq Repo borc alətinə çevirilməsi mümkün olacaq. Deravativ bazarın formalaşması və onun maliyyə qrumları üçün yaradacağı yeni imkanlar, Bankların klirinq hesablaşması zamanı klirinq agenti kimi çıxış etmək imkanı və.s.

Geniş formada gəlir imkanları sığorta şirkətləri üçün də yaranacaq. Məhsulun birjada kı ticarətə qədər ki, sığorta növləri və ticarətdən sonrakı slğorta növləri.

Əmtəə birjası qızıl,gümüş lombardı əsasında işləyən kredit təşkilatlarına da üstünlük yaradacaq.Belə ki, qızıl,gümüş məhsulu üzrə ticarətin təşkili və bazarda qızıl ticarəti üzrə yaranacaq likvidliy, həmin təşkilatlara imkan verəcək ki,öz problemli kreditləri üzrə girova götürülən qızılı açıq hərracda sataraq daha uyğun qiymətə pula çevirsin.

Birjanın iştirakçısı qismində İnvestisiya şirkətləri də vasitəçilik xidmətləri göstərə biləcəyindən (bizim hazırladığımız modula əsasən) bu qurumun yaranması onlarada yeni gəlir imkanları yaradacaq.

— Birjanın yaradılması ilə qurulacaq beynəlxalq əlaqələr və onun gətirəcəyi üstünlüklər nədən ibarət olacaq?

— Əmtəə birjası yaradıldıqdan sonra xarici əlaqələri quraraq bir sıra yeniliklər də etmək mümkün olacaq. İkili əməkdaşlığın yerli sahibkarlara və birja iştirakçılarına yarada biləcəyi imkanlar əsasən bunlardır:

 Xarici Əmtəə birjaları ilə əməkdaşlıq quraraq bir platforma üzərindən yerli sahibkarlara dünya Əmtəə birjalarına çıxış imkanı yaratmaq

 Yerli şirkətlərin xaricdən aldıqları əmtəə məhsullarına yerli birja vasitəsi ilə daha rahat formada almağına şərait yaratmaq olar. misal üçün plastik və polimer birjalarına çıxış imkanı yaratmaq olar ki, yerli sahibkarlar Çin və Almanya birjalarına üçüncü, dördüncü tərəfin iştirakı olmada rahat çıxa bilsin

 Xarici broker və investorlarla əlaqələr quraraq onları müəyyən güzəşt əsasında yerli birjanın derevativ bazar üzrə likvidlik provayderi, market meyker və broker xidməti üzrə aktiv iştirakçılarına çevirmək olar.

— Ruslan müəllim, bu layihəni – Əmtəə Birjasını hansısa dövlət qurumuna təqdim etmisinizmi? Etmisinizsə, onların cavabı necə olub?

— Bəli biz bu layihəni təqribən bir il əvvəl Kənd Təsərrüfatı Nazirliyinin törəmə strukturları və Kiçik və Orta Biznesin İnkişafı üzrə Agentliyə (KOBİA) təqdim etmişik.

KOBİA-da cavab belə oldu ki, bu layihə kommersiya formasında olduğu üçün bna davam edə bilməzlər. «Aqrar Təchazat Agentliyi»ndə isə bu format bir qədər həddən artıq böyük göründü. Belə məlum oldu ki, onların özlərinin buna oxşar layihəsi var. Onlar əvvəlcə fərqli bir layihə hazırlayıb, sonra formatı bu hala çatdıracaqlar.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *