ABŞ hərbi gəmisi Çin sularına girdi – Gərginlik

ABŞ və Çin hərbi gəmiləri Cənubi Çin dənizində üz-üzə gəlib.

Millitribuna.az xəbər verir ki, bu barədə «Star» qəzeti məlumat yayıb.

ABŞ donanmasına aid “USS Barri” hərbi gəmisi mübahisəli ərazi olan Parasel (Sişa) adalarının yaxınlığından Çin sularına girib. ABŞ donanmasının sözügedən əraziyə ilk dəfədir qanunsuz daxil olduğu iddia edilir.

Məsələ ilə bağlı açıqlama verən Çin ordusunun Cənub Desantları komandiri Li Huamin ABŞ-ın təxribatçı addımlarının beynəlxalq hüquq normalarını ciddi şəkildə pozduğunu deyib:

“ABŞ Çinin suverenliyini və təhlükəsizliyini ciddi şəkildə pozur, eyni zamanda regional təhlükəsizlik risklərini bilərəkdən artırır”.(axar.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *