UEFA federasiyalara 25 maya kimi vaxt verdi

UEFA İcraiyyə Komitəsi daxili çempionatlarda mövsümün bərpası ilə bağlı plan hazırlanması üçün dedlayn müəyyənləşdirib.
 
Fanat.Az «Sky Sports»a istinadən xəbər verir ki, 25 may tarixinə kimi quruma üzv assosiasiyalar çempionatların bərpa tarixi və formatı ilə bağlı plan təqdim etməlidilər. Həmçinin, UEFA mövsümüm vaxtından əvvəl bitdiyi ölkələrin federasiyalarından qərarın səbəbini əsaslandırmalarını istəyib.
UEFA-nın növbəti iclası 27 mayda keçiriləcək. İclasda avrokubokların taleyi ilə bağlı yekun qərarın qəbul olunacağı gözlənilir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *