Türkiyə ABŞ-a tibbi yardım göndərəcək

Türkiyə koronavirus pandemiyası ilə mübarizə üçün ABŞ-a tibbi ləvazimatlar göndərəcək.

Millitribuna.az bildirir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan bildirib: «Sabah ABŞ-a tibbi maska, üz maskaları, N95 maskası, qoruyucu geyim və dezinfeksiyaedici maddələr daxil olan tibbi yardım göndərəcəyik. Hərbi nəqliyyat təyyarələri sabah ABŞ-a uçacaq».

Türkiyə prezidenti əlavə edib ki, ölkə artıq 55 ölkəyə tibbi yardım göstərib. (trend)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *