Koronavirus xəbərlərini izləməyin — Zərərləri

«Özünütəcrid zamanı koronavirus mövzusunda məlumatların sosial mediadan xaotik şəkildə izlənilməsi təlaşlı vəziyyətin əsas əlamətlərindən biridir».

Millitribuna.az xəbər verir ki, bunu Rusiya Təcili Psixoloji Yardım Mərkəzinin mütəxəssisləri bildiriblər.

Onların sözlərinə görə, məlumatın olmaması və ya çox olması, müxtəlif yönlülüyü və ziddiyyətliliyi kimi amillər həyəcan və narahatlığa səbəb ola bilər.

Mütəxəssislər bildiriblər ki, müəyyən vəziyyətlərdə təlaş insanın özünü toplamasına kömək etsə də, bu hiss həddini aşdıqda narahatlıq yaradır.

Bənzər vəziyyət, həmçinin güclü ürək döyüntüsü, sürətli və ya çətin nəfəs alma, sinədə ağırlıq hissi, titrəyən əllər, əzələ gərginliyi və s. kimi fiziki simptomlara da səbəb ola bilər.

Bu problemin qarşısını almaq üçün axtarış məlumatlarını rəsmi üç-beş saytdan götürməklə məhdudlaşdırmaq, şübhəli mənbələri olan resurslara baxmamaq tövsiyə olunur. Mümkün olduqca ev şəraitində əylənmək və nəfəs məşqləri də daxil olmaqla, fiziki fəaliyyəti unutmamaq faydalıdır. Bundan əlavə, hər hansı bir çətinlik olarsa, qohumlardan və mütəxəssislərdən kömək istəmək məsləhətdir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *