Elektrik smart kartların yükləməsinin yeni üsulu təklif olunacaq

May ayının sonunadək “Azərişıq” ASC-nin mobil tətbiqi vasitəsilə elektrik sayğacların smart kartlarının balansını artırmaq mümkün olacaq.

Millitribuna.az xəbər verir ki, bunu «APA-Economics»ə ASC-dən deyiblər.

ASC-dən bildirilib ki, abonentlər bu əməliyyatları smartfonlar üçün nəzərdə tutulan xüsusi kart oxuyucuları vasitəsilə apara biləcəklər.

“Cihazlar artıq sifariş olunub və may ayının 12-dək ölkəyə gətiriləcək. Daha sonra xidmət sınaqdan keçirilərək istifadəçilərin ixtiyarına veriləcək. Satışa çıxarılacaq kart oxuyucuların qiyməti 18-20 manat civarında olacaq”, — deyə “Azərişıq”dan qeyd ediblər.

ASC-dən əlavə olaraq bildirilib ki, yeni xidmət yalnız istismarda olan 300 min ədəd “PoudRaad” şirkətinin sayğaclarının smart kartlarına şamil olunacaq.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *