Bu gün bürcünüz nələr vəd edir? — 28 aprel

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları «Horoscope» və «Astrology»yə istinadən bu günün qoroskopunu təqdim edirik.

Qoç — gəzintilər, müxtəlif mövzularda söhbətlər, sadəcə, təbiətin seyri üçün gözəl gündür.
Yaradıcı potensial artır, yeniliklər, qeyri-standart həllər axtarıb tapmaq asan olur. Sevgililər arasında münaqişələr tez-tez yaranır, amma barışıq mərasimi çox ehtiraslı və çılğın keçir.

Buğa — şəxsi münasibətlərdə problemlər yaranmır. Xoşunuza gələn adamlarla asanlıqla ümumi dil tapırsınız, onlarda özünüzə qarşı maraq oyadırsınız. Bu gün xeyli kompliment eşidəcəksiniz.

Əkizlər — bu gün çox vacib bir şey öyrənəcəksiniz. Yeni məlumatı yaxşı istifadə edə biləcəksiniz, o, düşmənlərinizlə mübarizədə sizin əlinizdə güclü bir silaha çevriləcək. Rəhbərlik və həmkarlarla aranızda fikir ayrılıqları yarana bilər. Rəhbər Əkizlər öz tabeliklərində olanlardan narazı olacaqlar. Amma bu, ötəri xarakter daşıyır, tezliklə işdə hər şey qaydasına düşəcək.

Xərçəng — möhtəşəm biznes-ideyaları yaranacaq. Günün ikinci yarısı alış-veriş üçün əladır. Bu gün qənaət etməyə bilərsiniz: pullar lazımi yerə sərf olunur. Maraqlı təkliflər, gözlənilməz diqqət, sürprizlər mümkündür.

Şir — narahat olacaqsınız: işlər istədiyiniz kimi getmir, vacib qərarları məhz iş prosesində verməli olursunuz. Bürcün bir çox nümayəndələri başqalarının günahı ucbatından çətin şəraitə düşür və bu situasiyadan böyük çətinliklə çıxış yolu tapırlar. Rəhbərliklə, yaşlı qohumlarınızla, nüfuzlu şəxslərlə aranızda fikir ayrılıqları yarana bilər.

Qız — həm işgüzar, həm də şəxsi xarakterli tanışlıqlar üçün münasib gündür. Təsadüfi görüşlər taleyüklü ola bilər. Məsələn, küçədə tanış olub danışdığınız adam sizin ömür-gün yoldaşınıza çevrilə bilər. İntuisiyanız çox güclüdür, əgər ona qulaq assanız, ağıllı iş görmüş oarsınız.

Tərəzi — bugünkü uğurlarınızın əksəriyyəti, gözlədiyiniz kimi şəxsi həyatınızla deyil, işlə bağlı olacaq. İri alış-veriş etmək, daşınmaz əmlak almaq, kirayə etmək məsləhət deyil. Hədiyyə almağınız mümkündür.

Əqrəb — dostlarla, yaxud sevgilinizlə görüş üçün əla gündür. Hamının diqqət mərkəzində olmaq xoşunuza gəlir. Bir çox Əqrəblər bu gün maraqlı insanlarla tanış olacaqlar. Enerjiniz çoxdur, səhhətinizdən şikayətiniz olmayacaq.

Oxatan — səyahətə çıxmaq, şəraiti dəyişmək, hətta həyatınızda əməlli-başlı çevriliş etmək həvəsi çox güclüdür. Təəssüf ki, indi bunu edə bilməzsiniz, əvvəlcədən seçdiyiniz yolla gedin.

Oğlaq — günün böyük hissəsini ora-bura getməklə keçirəcəksiniz. Qıçınızı qatlayıb bir yerdə oturmağı çox istəyərdiniz, amma ki, şərait buna imkan vermir. Maraqlı görüşlər mümkündür. Yeni, məhsuldar əməkdaşlığa başlaya bilərsiniz.

Dolça — siz insanlardan çox şey gözləyirsiniz. Onlar isə köməyinizə gəlmir, verdikləri sözlərə əməl etmirlər. Küskünlüklərə vaxt və əsəb sərf etməyin. Yaxşı olar ki, şəraitin öhdəsindən təklikdə necə gələcəyinizi düşünəsiniz. Yaxşı fikirlər isə günortadan sonra gələcək.

Balıqlar — Xoşunuza gəlməyən insanın qayğısına qalmalı olacaqsınız. Yeganə mükafatınız isə o olacaq ki, özünüzü borcunuzu yerinə yetirmiş hiss edəcəksiniz. Günün ikinci yarısı rəhbərlik və yaxud nüfuzlu bir şəxslə aranızda münaqişə yarana bilər. Çalışın, artıq-əskik heç nə deməyəsiniz.(milli.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *