“Azərişıq” Ölkənin Şimal və Qərb regionlarında sosial aksiya həyata keçirir

Karantin rejimində maddi ehtiyacı olan Şimal və Qərb regionları sakinlərinə ”Azərişıq” ASC əməkdaşları tərəfindən ərzaq sovqatları paylanılıb.

Millitribuna.az xəbər verir ki, u barədə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Musatafayev məlumat verib.

T.Mustafayevin sözlərinə görə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, tənha şəxslərə və aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət yardımlar çatdırılıb.

Şimal regionunda Quba və Xaçmaz rayonu, Qərb regionunda isə Gəncə şəhəri, Samux,Tovuz,Göygöl,Ağstafa,Daşkəsən,Gədəbəy,Qazax və Şəmkir rayonlarının müxtəlif qəsəbə və kəndlərində həyata keçirilən bu sosial aksiyadan maddi ehtiyacı olan 700-dən çox ailə faydalanıb.

Ölkə başçısı İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışı əsasında dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə baş tutan bu aksiya sıravi vətəndaşlar tərəfindən razılıqla qarşılanıb.Sakinlər Ölkə başçısı və aksiya təşkilatçılarına öz minnətdarlığını ifadə ediblər.
#Evdəqal çağırışı dövründə həyata keçirilən bu sosial aksiya karantin şəraitində ehtiyacı olan şəxslərə maddi və mənəvi dəstək olmaq məqsədi daşıyır və digər regionlarda da davam etdiriləcək.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *