Alkoqoliklər niyə koronavirusa yoluxmur?

Pediatr və televiziya aparıcısı Yevgeni Komarovski alkoqoliklərin və narkomanların koronavirus infeksiyasına qarşı çıxma şansları ilə bağlı suala cavab verib.

Millitribuna.az xəbər verir ki, alkoqol və narkotik istifadə edən insanların COVID-19-a yoluxması haqqında statistika görmədiyini söyləyən həkim bu cür insanların bir üstünlüyə sahib olduqlarını qeyd edib: onlar daim özlərini təcrid edirlər.

«Onların tanışlıq dairəsi məhduddur. Buna görə də koronavirusa yoluxmaq şansları zəifdir», — deyə Komarovski bildirib.

Həkim aprel ayında bəzi insanların xəstələrlə təmasdan sonra belə yeni tip virusa yoluxmama səbəbini də izah edib. O bildirib ki, bu ehtimal immunitet sistemindən qaynaqlanır.

«Yerli immunitet selikli qişaların qoruyucu xüsusiyyətləridir. Burun, bronxlar, bağırsaq selikli qişasında selik ifraz olunur. Onun tərkibində xüsusi maddələr — sekretor immunoqlobulinlər var. Virusları vücudu işğal etməyə çalışdıqları yerlərdə zərərsizləşdirə bilərlər», — deyə Komarovski izah edib. (publika.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *