ABŞ bununla bütün qaydaları pozur — Ruhani

 

«ABŞ-ın koronavirus pandemiyası zamanı İrana qarşı tətbiq etdiyi sərt sanksiyalar beynəlxalq normalara ziddir».

Millitribuna.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani CAR Prezidenti Siril Ramaposla telefon danışığı zamanı deyib.

“Bütün dünyada koronavirus yayılır və ölkələr öz aralarındakı münasibətlərə dəyişiklik edir, amma ABŞ İran xalqına qarşı sanksiyaları sərtləşdirir. Vaşinqton nəinki beynəlxalq hüquq normalarını, həm də İrana dərman ləvazimatları göndərilməsinin qarşısını almaqla beynəlxalq tibbi-sanitar qaydalarını da pozur”, — Ruhani bildirib. (axar.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *