Qüsurlu alman körpələrini öldürdən Hitler – 13 fakt

 

Bu gün 20-ci əsrin ən amansız şəxslərindən olan Adolf Hitlerin doğum günüdür.

Kult.az Adolf Hitlerin təzadlı və bir o qədər də maraqlı həyatı ilə bağlı 13 faktı təqdim edir:

1. Adolf Hitler 1889-cu il aprelin 20-də Avstriyada anadan olub. 1925-ci ildə isə Avstriya vətəndaşlığından imtina edib və alman vətəndaşı vəsiqəsini alıb.

2. Adolf 1909-cu ildə pulsuzluqdan kimsəsiz uşaqlar evinə köçüb. Şəkilli kağızlardan mənzərə rəsmləri köçürüb dükanlara, turistlərə satmaqla dolanıb.

3. Hitler 16 yaşında orta təhsilini başa vursa da, buraxılış imtahanlarından kəsilib. Orta məktəbdə çox zəif oxumasına baxmayaraq, yaxşı rəssamlıq qabiliyyəti olduğuna görə Vyana İncəsənət Akademiyasına daxil olmaq istəyib. Lakin akademiya tərəfindən ona iki dəfə rədd cavabı verilib.

4. Bir neçə dəfə hərbi xidmətə müraciət etsə də, fiziki qüsurlarına görə onu qəbul etməyiblər. Nəhayət, Hitler 1914-cü ilin sentyabrında Almaniyanın Birinci Dünya müharibəsinə qatılması ilə alman ordusu sıralarına daxil ola bilib. Bavariya alayının tərkibində qərb cəbhəsinə göndərilib. Burada o, yefreytor rütbəsi alıb və bütün müharibə boyu ön cəbhədə vuruşub. Müharibədə yaralandıqdan sonra göstərdiyi qəhrəmanlıqlara görə “Dəmir xaç nişanı” ilə mükafatlandırılıb.

5. Nasist partiyasının mətbuat katibi Sedvik Hitlerin bığını normal ölçüdə uzatmasının daha yaxşı olacağını desə də, Hitler bu cavabı verib: “Siz mənim bığlarım barədə narahat olmayın. Bu, indi dəbdə deyil, lakin sonra dəbə minəcək, çünki onları mən gəzdirirəm!″

6. Hitler 1 aprel 1924-cü ildə “Pivə qiyamı” hadisəsindən dolayı 5 il həbsə məhkum edilib. O, həbsxanada olarkən “Mənim mübarizəm” kitabını diktə edib və Rudolf Hess yazıb.

7. Hava çox isti olsa belə, Hitler insanların arasında pencəyini çıxartmazmış.

8. Hitler idmanla məşğul olmayıb və fiziki baxımdan qüsurlu olub. Lakin alman irqini sağlam və gözəl görmək üçün fiziki və əqli qüsurla doğulan körpələrin öldürülməsi əmrini verib.

9. 1938-ci ildə Adolf Hitler “Taym” jurnalında “İlin adamı” seçilib.

10. 1939-cu ildə Hitler “Nobel Sülh Mükafatına” namizəd göstərilib.

11. O, hər axşam şəxsi kinoteatrında sadə almanların baxmalarının qadağan edildiyi xarici filmlərə baxırmış. Komediyaları çox sevirmiş — xüsusən yəhudi komediya aktyorlarına.

12. Adolf Hitlerə 42 dəfə sui-qəsd təşkil edilib və o, bunlardan heç bir xəsarət almadan xilas olub. Bəziləri Adolf Hitlerin bu sui-qəsdləri özünü ucaltmaq üçün təşkil etdiyini deyirlər, bəziləri isə onun Allah və ya şeytan tərəfindən “qorunduğunu iddia edirlər.

13. Hitler Yeva Braunla 1945-ci il aprelin 29-da yeraltı bunkerdə bir neçə nəfərin şahidliyi ilə rəsmi nikaha girib, bu mərasimdən sonra hər ikisi intihar edib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *