Mişustinin reytinqi Medvedevin səviyyəsinə düşüb

Fəaliyyətə başlamasından 100 gün ötən Rusiyanın yeni hökuməti rusiyalıların böyük əksəriyyətini qane etmir.

Millitribuna.az xəbər verir ki, Rusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi Mixail Mişustin hökumətinin ilk 100 günün nəticələrilə bağlı əhali arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb.

Sorğunun nəticələrinə görə əhalinin cəmi 38.9 faizi Mişustin hökumətinin fəaliyyətini qənaətbəxş hesab edir. Məsələ ondadır ki, 2020-ci ilin yanvar ayında, yəni istefaya göndərilməzdən əvvəl eyni mərkəzin keçirdiyi sorğunun nəticələrinə görə Dmitri Medvedev hökuməti də təxminən eyni reytinqə malik idi – 38.3 faiz. Belə çıxır ki, Medvedevin getməsilə heç nə dəyişməyib və əhalinin hökumətə münasibəti yenə də neqativdir.

Sorğu mərkəzinin rəhbəri Valeri Fyodorov deyib ki, şəxsən Mixail Mişustin bu 100 gün ərzində böyük səhv buraxmasa da, hər hansı təqdirəlayiq addımı ilə də yadda qalmayıb. Bu səbəbdən insanların ona münasibətində xüsusi rəğbət hiss olunmur.

Qeyd edək ki, digər bir məşhur sorğu mərkəzi olan “Levada-sentr” də Mişustinin reytinqinin aşağı olduğuna dair nəticələr açıqlayıb. (AzPolitika.info)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *