İlham Əliyev büdcədən 30 milyon manat ayırdı

«Xanoba» və «Samur» sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulmasına 30 milyon manat ayrılıb.

Millitribuna.az xəbər verir ki, prezident İlham Əliyev «Azərbaycan — Rusiya Federasiyası dövlət sərhədində «Xanoba» və «Samur» sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında» sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan — Rusiya Federasiyası dövlət sərhədində «Xanoba» və «Samur» sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun uzunluğu 23,5 kilometr olan hissəsinin 4 zolağa genişləndirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 30 milyon manat ayrılıb.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *