«İdeal valideyn olmaq mümkün deyil» — Ancelina Coli

44 yaşlı Hollivud ulduzu Ancelina Coli pandemiya ərəfəsində «Time» jurnalına məqalələr yazmağa davam edir.

Millitribuna.az axşam.az-a istinadən xəbər verir ki, sonuncu mətnində aktrisa valideynlikdən bəhs edib. O bildirib ki, ideal valideyn olmaq mümkünsüzdür:

«Pandemiyanın yayıldığı ərəfədə evdə uşaqları ilə oturan bütün analar və atalar haqda düşünürəm. Onlar hər şeyi qaydasında etdiklərinə ümid edirlər. Bir şeyi anladım — ideal valideyn olmaq olmur. Uşaqlar belə ideal valideyn istəmir. Onlar üçün əsas valideynlərin düzgün olmasıdır. Bunu bilmək möhtəşəmdir. Siz də əlinizdən gələn hər şeyi etməyə çalışırsınız. Onlar sizi sevir və yardım etməyə çalışır».

Coli 2020-ci ildə keçmiş aktyor əri Bred Pittlə ailəli olduğu ərəfədə ana olmağa qərar verdiyi anları xatırlayıb. Həmin vaxt sənətçi Kambocadan olan Meddoks adlı oğlanı övladlığa götürüb:

«Həmin anı gözəl xatırlayıram. Birinə həyatını həsr etmək və onu özündən çox sevmək çətin deyildi. Ən çətini onun qayğısına qalan yeganə insan olduğunu bilmək idi».

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *