Həbib Nurməhəmmədovun atası xəstəxanaya yerləşdirilib

UFC çempionu Həbib Nurməhəmmədovun atası və məşqçisi Əbdülmanap Nurməhəmmədov koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Millitribuna.az xəbər verir ki, Ə.Nurməhəmmədovada sətəlcəmin simptomları müşahidə olunduğundan həkim nəzarətinə götürülüb. Hazırda ondan koronavirus testi götürülüb.

İdmançının atası özünü yaxşı hiss etdiyini bildirib.(virtualaz.org)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *