«Forbes» məşhur reperi milyarder elan edib

«Forbes» jurnalı məşhur reper Kanye Uesti milyarder kimi tanıyıb.

Millitribuna.az xəbər verir ki, jurnalın yaydığı məlumata görə, müğənninin varidatı 1,3 milyard dollardır.

«Forbes» Uestin şəxsi biznesi haqqında sənədlərin və bank hesablarının açıqlanmasına icazə verməsindən sonra onu rəsmən milyarder elan edib.

Reperin özünün söylədiyinə görə, sərvəti 3 milyard dollardan çoxdur. Lakin «Forbes» onun sərvətini bir milyarddan bir qədər çox qiymətləndirib. Bu məbləğin çox hissəsi — 1,26 milyard dollarını müğənniyə «Yeezy» markası qazandırıb. Uestin yerdə qalan aktivlərinin dəyəri ümumilikdə təqribən 125 milyon dollardır. (azvision.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *