Boris Conson: «Vəziyyət yaxşıya doğru dəyişir»

Böyük Britaniyanın Baş naziri Boris Conson ölkədə COVID-19 virusu ilə bağlı vəziyyətin yaxşıya doğru dəyişməyə başladığını bildirib.

“Report” “SkyNews”a istinadən xəbər verir ki, xəstəliklə bağlı karantin rejiminin dəyişdirilmədiyini deyən hökumət başçısı yoluxmaların ikinci dalğası təhlükəsinin hələ aradan qalxmadığını diqqətə çatdırıb.

Bu, Boris Consonun koronavirusa yoluxub yerləşdirildiyi xəstəxanadan aprelin 12-də buraxıldıqdan sonra ilk çıxışıdır.

KİV-də baş nazir tərəfindən karantinin yumşaldılması istiqamətində addımlar atılacağı barədə xəbərlər yayılmışdı.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *