BMT Baş katibi müsəlmanları təbrik edib

Dünyadakı milyonlarla müsəlmana müqəddəs Ramazan ayı münasibətilə ən səmimi arzularımı çatdırıram.

Militribuna.az xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş dünya müsəlmanlarının Ramazan ayını təbrik edərkən deyib.

O bildirib ki, bu dəfə Ramazan ayı çox fərqli keçəcək:

“Yeni tip koronavirusa qarşı görülən tədbirlər bir çox kollektiv fəaliyyətlərə təsir edəcək. Eyni zamanda, xeyli insan Ramazan ayına müharibələrin kölgəsində girəcək”.

Qurani-Kərimdən sülh ayələrini xatırladan Quterreş beynəlxalq aləmə atəşkəs çağırışı edib:

“Bəşəriyyətin ümumi düşməni olan virusa qarşı mübarizə aparmağımız vacibdir”.(kult.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *