Azərbaycanda bu il “Son zəng” keçirilməyə bilər

“Onlayn tədrisdə məzmunun 100 faizə çatdırılması mümkün deyil”.

Millitribuna.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, ən inkişaf etmiş ölkələrdən biri olan Böyük Britaniyada 10 faiz ailənin internetə çıxışı yoxdur:

“Buna görə də aprelin 20-dən, tədris dayanandan 1 ay sonra BBC teledərslər layihəsini tətbiq etməyə başlayıb. ABŞ-da bu göstərici 10 faizdən daha çoxdur”.

Nazir əlavə edib ki, 11-ci siniflərin “Son zəng” tədbirləri keçirməsi nəzərdə tutulmur:

“Onlar da mövcud vəziyyəti başa düşürlər. Bu tədbiri daha sonrakı zamanda da keçirmək olar. Ola bilsin onlayn rejimdə də keçirə bilərlər”.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *