Azərbaycan və Qırğızıstan XİN rəhbərləri telefonla danışıblar

Xarici işlər naziri Elmar Məmmədyarovun Qırğızıstanın xarici işlər naziri Çingiz Aydarbekov ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, söhbət zamanı tərəflər ikitərəfli və çoxtərəfli formatda mövcud əməkdaşlıq gündəliyini müzakirə ediblər.

Nazirlər mövcud vəziyyətə toxunaraq, hər iki dövlətin COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində gördüyü tədbirlər ətrafında fikir mübadiləsi aparıb və bu xüsusda, qarşılıqlı dəstək və əməkdaşkığın, təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar.

Telefon danışığı zamanı Azərbaycan və Qırğızıstanın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının perspektivləri müzakirə olunub və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə dair razılıq ifadə edilib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *