Tiflisin Saakaşvili «hədəsi»nə Ukraynadan cavab

«Rəsmi Tiflis Ukraynadakı səfirini geri çağıracağı təqdirdə böyük problemlərlə qarşılaşacaq».

Millitribuna.az xəbər verir ki, bu sözləri Ukraynanın “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya deyib.

Onun sözlərinə görə, heç bir dövlət suveren hüquq sayılan kadr təyinatı ilə bağlı Ukraynaya göstəriş verə bilməz.

Araxamiya bildirib ki, səfir geri çağırılacağı təqdirdə Kiyevin deyil, Tiflisin daha böyük problemləri olacaq:

“Bu ki “Bizim diplomatik problemlərimiz olacaq” deyən ABŞ deyil axı! Bu, Gürcüstandır, unutmayaq”.

Xatırladaq ki, Gürcüstan hökuməti Saakaşvilinin Ukrayna Baş nazirinin müavini təyin ediləcəyi halda Kiyevdəki səfirin geri çağırılacağını açıqlayıb.(axar.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *