Qan verəndə qan azalır?

Qanvermə insanın səhhətinə zərər verəcək bir prosedur deyil. Donor tam sağlamdırsa, sağlam mühitdə qan veribsə, bu prosedurun onun üçün zərəri yoxdur.

Millitribuna.az e-tibb.az-a istinadən xəbər verir ki, bu barədə Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin açıqladığı məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, bəzi insanlar qan versəm qanım azalar, infeksiya yoluxar, çəkim artar kimi fikirdə olurlar. Ancaq mütəxəssislər tam əksini ifadə edərək bildirirlər ki, qan vermək sizi bir çox xəstəlikdən qoruyacaq və daha gənc qalacaqsınız.

Bəzi yanlış bilinən fikirlərə aydınlıq gətirək:

Qan versəm qanım azalar – İldə 3 və ya 4 dəfə qan verən insanlarda qanın azalması ehtimalı belə yoxdur. Orqanizmimizdəki 5-6 litr qanın təxminən 7 %-i qədər, 400 ml qan götürülür. Donor olduqdan sonra halsızlıq olarsa, gün ərzində içilən bol maye ilə keçəcəkdir.

Qan versəm infeksiya yoluxar – Qan alınan zaman istifadə olunan ləvazimatlar, qan torbası tək istifadəlikdir və donorun gözü qaşısında açılır. Steril şəraitdə saxlanılan tibbi ləvazimatlar istifadədən sonra atılır. Hər hansı infeksiyanın qanvermə prosesində yoluxması mümkünsüzdür.

Qan versəm çəkim artar – Qanvermədən sonra iştahın yaxşılaşması və şirin qidalar istəmə səbəbinə görə belə fikir formalaşıb. Ancaq iştahın açılması keçici vəziyyətdir və artıq çəki almağa gətirməz.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *