Mayk Tayson rinqə çıxacaq

Sabiq mütləq dünya çempionu Mayk Tayson xeyriyyə məqsədi ilə bir neçə döyüşə çıxmaq istəyir.

Fanat.Az xəbər verir ki, Dəmir Mayk «Boxing Scene” saytına belə deyib:

«Ötən həftə bir az qollarımı açmaq qərarına gəldim. Məşq etdim, bədənim ağrıdı. Rinqə çıxmağa çalışacam. Bir neçə sərgi döyüşü keçirmək fikrindəyəm. Evsizlərə və mənim kimi narkotikdən əziyyət çəkmiş insanlara yardım edəcəm.

Forma yığmalıyam ki, 3-4 raundluq gücüm olsun. Gündə 25-30 dəqiqə zərbələr üzərində işləyirəm. Bədənim ağrısa da, özümü qaydaya salıram”.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *