Karantini pozan 1 151 hərəkət iştirakçısı cərimələnib

Ötən gün respublika yollarında xüsusi karantin rejimini pozan şəxslərin sayı açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 23.04.2020-ci il saat 00:00-dan 24.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 151 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *