Hollivud ulduzu vəfat edib

«Emmi» və «Qızıl Qlobus» mükafatlarının sahibi, Hollivud ulduzu Şirli Nayt vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə 83 yaşlı aktrisanın qızı Keitlin Hopkins Feysbuk səhifəsində məlumat verib.

O, məşhur ulduzun Texas ştatının San-Markos şəhərindəki evində təbii səbəblərdən dünyasını dəyişdiyini bildirib.

Qeyd edək ki, Şirli Nayt «Şirin səsli gənclik quşu» və «Pilləkənin yuxarısındakı qaranlıq» filmlərindəki obrazına görə «Oskar» mükafatına namizəd olub.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *