G20-nin videokonfransı son dəqiqədə təxirə salınıb

G20 ölkələri liderlərinin ikinci videokonfransı son dəqiqədə təxirə salınıb.

Millitribuna.az xəbər verir ki, buna ABŞ və Çin arasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rolu barədə fikir ayrılığı səbəb olub.

Qeyd olunur ki, iclasdan əvvəl ABŞ koronavirus epidemiyası yayılmağa başladığı vaxt ÜST-ün fəaliyyəti barədə hesabat verməsini tələb edib. Çin tərəfi isə təşkilatın fəaliyyətini araşdırmaqdan imtina edib.

Bununla əlaqədar olaraq, videokonfransın keçirilməməsi qərara alınıb. G20-nin növbəti videokonfransı tərəflər arasında fikir ayrılıqları aradan qalxandan sonra keçiriləcək. (trend)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *